Honq-Konqda yanğında ölənlərin sayı 80-ni keçdi − Yenilənib + Video


Honq-Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 83-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Bildirilib ki, 76 nəfər yaralanıb, azı 300 nəfər itkin düşüb.

***09:41
Xəbər verdiyimiz kimi, Honq-Konqun Tai Po bölgəsindəki “Wan Fook Court” yaşayış kompleksində şiddətli yanğın baş verib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, yanğın Honq-Konqda son 63 ilin ən ölümcül yanğını hesab olunur.
Sonuncu məlumatlara görə, indiyədək ən azı 44 nəfər həlak olub , 279 nəfərdən isə hələ də xəbər yoxdur.
Qeyd olunub ki, bu, artıq 1962-ci ilin avqustunda Şam Şui Po məhəlləsində 44 nəfərin ölümünə və şəhərdə yüzlərlə insanın evsiz qalmasına səbəb olan yanğın qurbanlarının sayı ilə üst-üstə düşüb. Sözügedən yanğına səbəb, binada saxlanılan təxminən 22,7 kq pirotexniki vasitənin qəfil alovlanaraq sürətlə yuxarı mərtəbələrə yayılması olub.
1996-cı ilin noyabrında 16 mərtəbəli “Garley” ticarət mərkəzində baş vermiş yanğında isə 41 nəfər həlak olmuş, 81 nəfər yaralanmışdı.
SCMP-nin məlumatına görə, şəhər tarixinin ən ölümcül yanğın 1948-ci ildə “təhlükəli mallar” olan beş mərtəbəli anbarda baş verib və 176 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top