Prezidentin Naxçıvana təyin etdiyi yeni səlahiyyətli nümayəndəsi kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, Ceyhun Cəlilov 2024–2025-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2023–2024-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrində çalışıb.
1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olan Ceyhun Cəlilov 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura təhsilini tamamlayıb. Daha sonra Böyük Britaniyanın Esseks Universitetində Maliyyə ixtisası üzrə ikinci magistr dərəcəsi alıb və İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə üzrə təhsilini davam etdirib.
O, 2011–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə “BP Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) idarə heyətində rəhbər vəzifələrdə fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top