
Bu ilin ilk 8 ayında Monqolustandan Azərbaycana 18 ton təzə quzu cəmdəyi, 36,5 ton dondurulmuş quzu cəmdəyi və 87,4 ton dondurulmuş qoyun əti idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Monqolustandan gətirilən dondurulmuş quzu cəmdəklərinin həcmi 82,5% artıb, dondurulmuş qoyun ətinin idxalı isə 25% azalıb.
Qeyd edək ki, ötən ilin ilk 8 ayında Monqolustandan Azərbaycana təzə quzu cəmdəyi idxal olunmayıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk 8 ayında Monqolustandan gətirilən həm təzə, həm də dondurulmuş quzu cəmdəklərinin, eləcə də dondurulmuş qoyun ətinin 1 kiloqramının orta gömrük dəyəri 6,8 manat (4 dollar) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Monqolustandan gətirilən ətin qiymətində heç bir dəyişiklik olmayıb.
Onu da qeyd edək ki, son günlər sosial şəbəkələrdə Monqolustandan idxal edilən quzu ətinin satışı ilə bağlı çoxsaylı kadrlar yayılıb. Həmin görüntülərdə dondurulmuş quzu ətinin 1 kiloqramının topdansatış qiymətinin 12 manat olduğu bildirilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz