Azərbaycanda Monqolustandan gətirilən quzu əti satırlar – Video


Azərbaycanda Monqolustandan gətirildiyi iddia olunan quzu ətinin satışa çıxarıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilir ki, ölkəyə kifayət qədər çəkisi 9-10 və 14 kiloqrama qədər olan dondurulmuş quzu ətləri gətirilib.
Sözügedən ətlə bağlı izləyicilərin fikri birmənalı olmayıb.
İddiaya görə, topdansatış qiyməti 13 manat 50 qəpik olan ətin pərakəndə satış qiyməti isə 14 manatdır.
Məlumat üçün bildirək ki, ölkəmizdə quzu ətinin satışı 20-22 manatadır.

DİGƏR XƏBƏRLƏR

Top