SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir


Xəbər verdiyimiz kimi, bu ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 69 nəfər olub.
Yeniavaz.com 
xəbər verir ki, 48 min 69 nəfərdən 5 min 798 nəfəri rəhbər işçilər olub.
Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, ümumi işçilərin 68,8%-i və ya 33 min 71 nəfəri fəhlədir.
SOCAR-da çalışan ümumi işçilərin 17 min 805 nəfərinin ali təhsilli olduğu bildirilir.
Açıqlanan məlumatlardan belə görünür ki, SOCAR-da çalışan fəhlələrin 2 min 807 nəfəri ali təhsilli şəxs olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top