
Bu ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 69 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, son 15 il ərzində SOCAR-da işçilərin sayı 31 min 500 nəfər və ya 39,6% azalıb. Belə ki, 15 il əvvəl – 2011-ci ilin əvvəlində SOCAR-da 79 min 569 nəfər işçi olub.
Sonrakı illərdə SOCAR-da işçilərin sayı davamlı olaraq azalmağa başlayıb. Yalnız 2018-20-ci illərdə və 2023-cü ildə işçilərin sayında cüzi artım olub.
1 yanvar 2011 – 79 569 nəfər
1 yanvar 2012 – 77 140 nəfər
1 yanvar 2013 – 66 234 nəfər
1 yanvar 2014 – 61 088 nəfər
1 yanvar 2015 – 54 714 nəfər
1 yanvar 2016 – 52 104 nəfər
1 yanvar 2017 – 50 735 nəfər
1 yanvar 2018 – 50 424 nəfər
1 yanvar 2019 – 51 125 nəfər
1 yanvar 2020 – 51 695 nəfər
1 yanvar 2021 – 50 861 nəfər
1 yanvar 2022 – 48 870 nəfər
1 yanvar 2023 – 48 042 nəfər
1 yanvar 2024 – 48 320 nəfər
1 yanvar 2025 – 48 069 nəfər
Elnur Əli