HƏMAS əl-Həyyanın öldürülməsini inkar etdi – Yenilənib


“Dohada baş verən partlayışlar nəticəsində HƏMAS liderlərindən heç biri həlak olmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” bu Fələstin hərəkatındakı mənbəyə istinadən məlumat yayıb. 
Onun sözlərinə görə, ABŞ-nin Qəzza ilə bağlı sülh sazişi ilə bağlı yeni təklifinin müzakirə olunduğu görüşün bütün iştirakçıları sağ qalıb.


***18:07
Xəbər verdiyimiz kimi, İsrail Qətərin paytaxtı Dohaya zərbələr endirib.
Yeniavaz.com
“Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, hücum nəticəsində HƏMAS hərəkatının siyasi liderlərindən biri olan Xəlil əl-Həyya öldürülüb.
Telekanalının məlumatına görə, əl-Həyyadan başqa qruplaşmanın daha üç yüksək vəzifəli üzvü həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top