İsrail Qətərin paytaxtına zərbələr endirdi – Fotolar


Qətərin paytaxtı Dohada silsilə güclü partlayışlar baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Kanal qeyd edir ki, şəhərin üstündəki səmada tüstü sütunları görünür.
İsrailli mənbə ölkənin HƏMAS-ın yüksək rütbəli rəsmisinə qarşı əməliyyat keçirdiyini bildirib.
Məsələ ilə bağlı İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA) birgə bəyanat yayıb.
Bəyanatda deyilir ki, HƏMAS-ın rəhbər şəxslərinin olduğu ünvanlara dəqiq zərbələr endirilib.
Digər tərəfdən, “Əl-Cəzirə” telekanalı Qəzza zolağında münaqişənin həlli üzrə danışıqlarda iştirak edən Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətinin Dohada hücuma məruz qaldığını bildirib. Bu barədə telekanal hərəkatdakı mənbəyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Fələstin qrupunun yüksək vəzifəli üzvləri ABŞ-nin Qəzzada böhranın həlli ilə bağlı təklifini müzakirə edərkən hücuma məruz qalıblar.


DİGƏR XƏBƏRLƏR

Top