
Xəbər verdiyimiz kimi, Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücuma məruz qalan Özələ zəng vurub.
“Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda hücuma məruz qalan CHP sədri Özgür Özələ zəng vurub, dəstəyini ifadəe dib. Prezident hadisənin bütün təfərrüatlarının üzə çıxarılması üçün prosesi yaxından izlədiyini bildirib. Hücumla bağlı dərhal istintaq başladılıb və hücumu həyata keçirən şəxs nəzarətə götürülüb. Özgür Özələ edilən bu hücumu qınayır və dəstəyimizi ifadə edirik”, - Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun sosial şəbəkə hesabında yazıb.
Daxili işlər naziri Ali Yerlikaya da Özgür Özələ edilən hücumu qınayıb:
“Cənab Özələ hücum edən şəxsin kimliyi müəyyənləşdirilib və o saxlanılıb. Cəmiyyətimizin dincliyini pozmağa yönəlmiş istənilən hücum və ya zorakılığa cəhd qanun qarşısında layiq olduğu cəzanı alacaqdır”.