
Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Özəl dünyasını dəyişmiş millət vəkili, ssenarist, aktyor və rejissor Sırrı Sürəyya Öndərin vida mərasimindən çıxarkən baş verib.
Belə ki, o, mətbuat nümayəndələrinə açıqlama verərəkən naməlum şəxs yaxınlaşaraq onun başına zərbə endirib.
Həmin anların görüntülərini təqdim edirik:
Partiya sədrinə hücum edən şəxsin 66 yaşlı Qaziantep sakini Səlcuq Təngioğlu olduğu bildirilir. O özünü “Osmanlı torunu” kimi təqdim edib. S. Təngioğlunun saxlanıldığı bildirilir.