![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/59a60453-eb44-4259-b574-43fca40f220a/mingecevir-nizami-12.jpg)
Xəbər verdiyimiz kimi, daha əvvəl Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində küləyin sürətinin artacağı barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.
Belə ki, şəhərdə iri gövdəli bir neçə ağac aşıb, bəzi küçələrdə elektrik naqilləri qırılıb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/100d94fc-966b-452b-ad9e-418f1ff355a8/kulek-mingecevir-2.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/042261c9-3086-4efc-a067-726c7c337c14/kulek-mingecevir-1.jpg)
Şəhərin Nizami küçəsi 12 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyü dağılıb, qalıntılar binanın həyətinə və avtomobillərin üzərinə tökülüb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/7acb347f-8f8a-43c0-b1b6-69203680a268/kulek-mingecevir-3.jpg)
Həmçinin Oğuz-Bayan avtomobil yoluna aşan iri gövdəli ağac nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaradıb. Hazırda şəhərin müxtəlif ərazilərində qeydə alınan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/884c259b-667a-415b-8b8b-d6c9568e890a/kulek-mingecevir-7.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/2a71c1be-b504-4618-af30-8eb62f748908/kulek-mingecevir-6.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/60ffa2be-30c4-4288-993e-6d3fcc39a4c5/kulek-mingecevir-5.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/14/1/ad2fdac8-d337-426a-a753-d182ebdcb8e6/kulek-mingecevir-4.jpg)
Esmira Hidayətova, Mingəçevir