Bu rayonlara gedən əcnəbi turistlərin hamısı ya öz evində, ya da qohumlarının evində qalıb


Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayı ərzində turizm məqsədi ilə Azərbaycana səfər edən 1 milyon 412 min 882 nəfər xarici ölkə vətəndaşı ölkəmizdə 6 milyon 437 min 381 gecə keçiriblər.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşları bəzi rayonlarda nə otellərdə, nə də kirayə evlərdə qalıblar.
Xarici turistlər səfər etdikləri rayonlarda ya qohum və dostların, ya da özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə qalıblar.
Aşağıdakı rayonlarda gecələyən turistlərin heç biri otellərdə və kirayə evlərdə qalmayıblar. Bu rayonlara səfər edən turistlərin hamısı qohumların, dostların evində, həmçinin özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə qalıblar.
Rayonlar Cəmi gecələmələrin sayı Qohumların
və ya dostların
evində
Özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə
Qobustan r. 1 416 993 423
Samux r. 2 009 1 540 469
Ağdam r. 33 714 16 672 17 042
Füzuli r. 7 424 5 203 2 221
Siyəzən r. 2 124 1  318 806
Ağdaş r. 4 571 3 930 641
Ucar r. 4 305 3 358 947
Yevlax r. 1 952 1 493 459
Zərdab r. 2 240 1 796 444
Sabirabad r. 5 859 3 974 1 885
Şirvan ş. 2 905 1 716 1 189
Hacıqabul r. 1 724 956 768
Neftçala r. 3 173 2 125 1 048

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top