
Xəbər verdiyimiz kimi, “Iran International” öz mənbələrinə istinadla İran və Ermənistanın İran silahlarının tədarükünə dair 500 milyon dollarlıq böyük silah müqaviləsi imzalaması barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistan MN-in mətbuat katibi Aram Torosyan “Sputnik Ermənistan”a açıqlamasında bu məlumatı təkzib edib.
O, “Iran İnternational” telekanalının bu məlumatını uydurma adlandırıb.
“Biz uydurma məzmunlu nəşrlərə reaksiya vermirik”, - nazirlik nümayəndəsi bildirib.
Qeyd edək ki, mərkəzi ofisi Londonda yerləşən “Iran İnternational” telekanalı yaydığı xəbərdə imzalanan 500 milyon dollarlıq müqavilə çərçivəsində İranın Ermənistana “Shahed-136”, “Shahed-129”, “Shahed-197”, “Mohajer-6” tipli pilotsuz uçan aparatlar, həmçinin “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” kimi hava hücumundan müdafiə raket sistemləri tədarük edəcəyini bildirib.