
İran və Ermənistan İran silahlarının tədarükünə dair 500 milyon dollarlıq böyük silah müqaviləsi imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Iran International” öz mənbələrinə istinadla məlumat yayıb.
Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə, bildirilən razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.
Mənbənin məlumatına görə, razılaşma çərçivəsində Tehran İrəvana “Shahed-136”, “Shahed-129”, “Shahed-197”, “Mohajer-6” tipli pilotsuz uçan aparatlar, həmçinin “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” kimi hava hücumundan müdafiə raket sistemləri satacaq.