FİFA İsraillə bağlı qərarını təxirə saldı – KİV


Beynəlxalq Futbol Federasiyası (FİFA) İsrail milli komandalarının və klublarının beynəlxalq yarışlarda iştirakını qadağan edən qərarını təxirə salıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Goal” portalının jurnalisti Nima Rudsari “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrail komandalarının çıxarılması məsələsi ilə bağlı görüş avqustun sonuna qədər təxirə salınıb.
Beləliklə, İsrailin kişilərdən ibarət millisi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə biləcək.
Qeyd edək ki, iyulun 20-də FİFA Şurasının növbədənkənar iclası keçirilməli idi.

DİGƏR XƏBƏRLƏR

Top