
Beynəlxalq Futbol Federasiyası (FİFA) təşkilat şurasının iclasında İsrail yığması da daxil olmaqla ölkə klublarının beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılması ilə bağlı qərar qəbul edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, iyulun 20-də FİFA Şurasının növbədənkənar iclası keçiriləcək. Hüquqşünas Maks dyu Plessi İsrail hakimiyyətinin Fələstindəki hərəkətlərinin FİFA-nın əsas məqsəd və ideyalarını sarsıtdığını bildirən hesabat hazırlayıb.
Hesabatda həmçinin qeyd olunub ki, İsrail insan hüquqlarını pozur, ölkə hakimiyyət orqanları milli mənsubiyyətə görə ayrı-seçkiliyə yol verir ki, bu da humanitar məqsədlərin, həmçinin FİFA-nın mövqeyinin pozulmasıdır.
Qeyd edək ki, may ayında Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Racup FİFA-dan İsrail Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırmağı tələb etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz