
Xəbər verdiyimiz kimi, Türkiyə millisi Avro-2024-ün qrup mərhələsinin sonuncu oyununda çexləri məğlub edərək mərhələ adlayıblar.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi qardaş ölkəyə Çexiya üzərində qələbəni gətirən qola Azərbaycan hərbçilərinin reaksiyasını əks etdirən kadrlar yayıb.
Nazirliyin rəsmi sosial media hesablarında dərc olunan görüntülər qısa müddət ərzində populyarlaşıb, həmçinin türkiyəli və azərbaycanlı istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, Türkiyə yığmasına qələbəni gətirən qlları 51-ci dəqiqədə Hakan Çalhanoğlu və 90+4-də Cenk Tosun vurub. Çexlərin heyətində isə Tomas Soucek bir qola imza atıb (66). Matçın 20-ci dəqiqəsində Çexiya millisinin üzvü Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.