Türkiyə Çexiyanı, Gürcüstan isə Portuqaliyanı məğlub edib mərhələ adladı – Video


Avro-2024-ün qrup mərhələsinin sonuncu oyununda Türkiyə yığması çexlərə qalib gəlib və növbəti mərhələyə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, qaliblər arasında Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4) fərqlənib.
Çexlərin heyətində isə Tomas Soucek bir qola imza atıb (66). Matçın 20-ci dəqiqəsində Çexiya millisinin üzvü Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.

F qrupunun digər oyununda isə Gürcüstan Portuqaliyanı 2:0 hesabı ilə mğlub edib və o da ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə adlayıb. Qolları ikinci dəqiqədə “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya və 57-ci dəqiqədə fransalı “Mets”in hücumçusu Georges Mikautadze penaltidən vurub.

Qeyd edək ki, F qrupunu Portuqaliya yığması altı xalla lider tamamlayıb. Türkiyə yığması da 6 xal toplayıb, lakin Portuqaliya ilə görüşdə məğlub olduğu üçün ikinci yerdə qərarlaşıb. Gürcüstan qrupu üçüncü, Çexiya isə sonuncu başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top