Erməni siyasətçidən Zaxarovaya cavab: “Rusiya Ukraynanı məğlub edə bilməyəcək”


Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni həmkarlarına etiraz notası göndərdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, Zaxarovanın bu açıqlamasından sonra Ukraynanın Buça şəhərinə səfər edən Ermənistan nümayəndə heyətinin rəhbəri, İrəvanın Nor Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan açıqlama verib.
“İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin başçısı və Respublika Partiyasının siyasi şurasının üzvü kimi mən Ukraynaya səfər etdim və həm yerli hökumətlərlə, həm də erməni icması ilə görüşdüm. Mən də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazıram. Görüşlərim zamanı əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməyəcək. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir” - deyə Tiqran Ter-Marqaryan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top