
Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NEWS.ru-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva Ermənistan nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım kimi qiymətləndirir, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir.
“Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinə yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Biz Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”, - deyə Zaxarova bildirib.
Xatırladaq ki, mayın 31-də Buça şəhərinin administrasiyası Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryanın şəhərə səfər etdiyi barədə məlumat paylaşıb.