“Sərhəddə qeyri-adi hərəkət müşahidə olunmayıb” – Aİ-nin Ermənistandakı missiyası


Avropa İttifaqının Ermənistandakı missiyası (EUMA) bəyanat yayaraq, Ermənistan-Azərbaycan sərhədində qeyri-adi hərəkətlərin müşahidə olunmadığını vurğulayıb.
Yeniavaz.com
xəbər verir ki, missiyanın bəyanatında deyilir:
“EUMA bütün günü Ermənistan-Azərbaycan sərhədində patrul edib, hər şey sakit idi, qeyri-adi hərəkətlər müşahidə olunmayıb”.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bəyan edib ki, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Ermənistan Müdafiə Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb və şəxsi heyətin, zirehli texnikanın, artilleriya və digər atəş vasitələrinin sərhəd zonasının müxtəlif istiqamətlərində aktiv yerdəyişmələrinin həyata keçirilmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top