“Sərhəddə şəxsi heyət və zirehli texnikanın yerdəyişməsi həyata keçirilmir” – Ermənsiatn MN


Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bəyan edib ki, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb və şəxsi heyətin, zirehli texnikanın, artilleriya və digər atəş vasitələrinin sərhəd zonasının müxtəlif istiqamətlərində aktiv yerdəyişmələrinin həyata keçirilmədiyini bildirib:
“Dünən, martın 30-da bir sıra “Telegram” kanallarında təlim prosesi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin sıralarına yeni qəbul olunmuş sürücülərin kortejinin fotoları yayılıb. Bunu sərhədlərə doğru hərbi hərəkat kimi təqdim etməyə çalışırlar ki, bu da doğru deyil.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca əməliyyat vəziyyətini sabit hesab edir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”.

DİGƏR XƏBƏRLƏR

Top