
Amerika Birləşmiş Ştatları İranı “Müqəddəs Nikolas” neft tankerini və onun ekipajını dərhal azad etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.
“İran hökuməti gəmini və heyətini dərhal azad etməlidir. Gəminin ələ keçirilməsi qeyri-qanunidir”, - Patel bildirib.
O, həmçinin qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmaq məqsədi daşıyır.
Qeyd edək ki, daha əvvəl İranın “Tasnim” agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində Amerika neft tankerini elə keçirdiyi barədə məlumat yayıb. “Reuters”in məlumatına görə, tankerin göyərtəsində 19 nəfər - 18 Filippin və bir Yunanıstan vətəndaşı var.