“İran ABŞ-nin neft tankerini elə keçirdi”


“İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində Amerika neft tankerini elə keçirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, tankerin saxlanması məhkəmə qərarı ilə həyata keçirilib. Digər təfərrüatlar, o cümlədən gəminin adı verilməyib.
Qeyd edək ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Komandanlığı məlumat verib ki, qara geyimli bir qrup silahlı şəxs Oman körfəzi ilə üzən “Müqəddəs Nikolas” gəmisinə daxil olub.
Bildirilir ki, hadisə Omanın Suhar limanından 90 kilometr aralıda baş verib. Tanker, ilkin məlumatlara görə, İraq neftini daşıyıb. Gəmi Yunanıstanın “Empire Navigation” gəmiçilik şirkətinə məxsusdur.
“Reuters”in məlumatına görə, “Müqəddəs Nikolas” tankerinin göyərtəsində 19 nəfər - 18 Filippin və bir Yunanıstan vətəndaşı var.

DİGƏR XƏBƏRLƏR

Top