
Xəbər verdiyimiz kimi, Praqada bir universitetə daxil olan silahlı şəxs 14 nəfəri öldürüb, 25 nəfəri yaralayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, hadisəyə görə Çexiyada şənbə günü milli matəm günü elan edilib.
Qeyd edək ki, polisin zərərsizləşdirildiyini bildirdiyi silahlı şəxsin atasını da öldürdüyü və keçən həftə iki nəfərin ölümü ilə əlaqəli ola biləcəyi güman edilir.
Xatırladaq ki, hadisə cümə axşamı yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 18:00) Çexiya paytaxtının mərkəzindəki Çarlz Universitetinin İncəsənət fakültəsinin binasında baş verib. Silahlı şəxs binanın dəhlizlərində və sinif otaqlarında atəş açıb və qarşısına çıxanları qətlə yetirib və ya yaralayıb.
Polis silahlı şəxsin universitetin 24 yaşlı tələbəsi Deyvid Kozak olduğunu və əvvəllər heç bir cinayətinin olmadığını bəyan etsə də, ona məxsus mənzildən xeyli sayda silah-sursat tapılıb.

Deyvid Kozak
Bir müddət sonra isə, qatilin atasının meyiti tapılıb. Onun bir müddət əvvəl iki nəfəri də öldürdüyü ehtimal edilir.
Matəmlə əlqaədar ölkədə bir çox idman və mədəniyyət tədbirləri təxirə salınıb.