Praqadakı atışmada 15 nəfər öldü – Yenilənib + Foto


Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Çarlz Universitetinin binasında baş verən atışma nəticəsində azı 15 nəfər ölüb, 20-dən çox adam yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Sosial şəbəkədə atışma zamanı universitet binasının kənarına gizlənən insanların fotosu yayılıb.


***20:18
Xilasetmə xidmətinin məlumatına görə, atışma nəticəsində atıcı özü də daxil olmaqla 11 nəfər həlak olub.
Daha doqquz nəfər ağır, 5-6 nəfər orta, on nəfərə qədər isə yüngül xəsarət alıb.

***19:28
Praqadakı Çarlz Universitetinin fəlsəfə fakültəsində atışma baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə ölən və onlarla yaralı var.
Bildirilir ki, polis atəş açan şəxsi zərərsizləşdirib.
Hadisə yerinə daxili işlər naziri Vit Rakusanın gəldiyi qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top