
Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Milli Antikorrupsiya Bürosuna (NABU) yeni müdafiə naziri, Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rüstəm Umerova qarşı cinayət işinin başlanmasını tapşırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comments” nəşri məlumat yayıb.
“2023-cü il avqustun 18-də NABU-ya ərizə ilə müraciət olunub ki, Dövlət Əmlak Fondunun sədri R. Umerov, onun birinci müavini D. A. Şuqali və müavini A. A. Fedorişin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xidmətin mənafeyinə zidd hərəkət edərək, vəzifə səlahiyyətlərini aşaraq, dövlət əmlakının oğurlanması, yəni elektrik enerjisinin firmalara bazar qiymətlərindən aşağı qiymətlərlə satılması faktlarını gizlətməyə yönəlmiş hərəkətlər edirlər”, - məlumatda deyilir.
“NABU-nun səlahiyyətli şəxsinə cinayət əməlinin törədilməsi barədə məlumatı ERDR-ə daxil etmək və ibtidai istintaqa başlamaq vəzifəsi qoyulsun”, - sənədin əməliyyat hissəsində qeyd olunur.
Qeyd olunur ki, daha əvvəl Ukrayna Dövlət Əmlak Fondunun rəhbərliyinə qarşı istintaq başlayıb.
Xatırladaq ki, R. Umerov ötən gün – sentyabrın 6-da Ukraynanın yeni müdafiə naziri təyin olunub.
Tətbiqimizi yükləyə bilərsiniz