
Xəbər verdiyimiz kimi, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə Ermənistan ordusunun hərbçilərinin Azərbaycan sərhədçilərinə atəş açması anı ilə bağlı görüntülər paylaşılıb.
Kadrları Erməni mediası yayıb. Görüntülərdəki, hərbçilərdən bəzilərinin Rusiya sülhməramlıları olduğu bildirilir.
Qeyd edək ki, artıq faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz