DSX də Laçındakı erməni təxribatı ilə bağlı məlumat yaydı - Yenilənib


15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Bu barədə Yeniavaz.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır:
"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

***09:46
“Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Nşr bildirir ki, atışma erməni postu ilə üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
“Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top