Çadırları satan "Kızılay"ın rəhbəri istefa verdi


6 fevralda baş verən və episentrı Türkiyənin Kahramanmaraş vilayəti olan şiddətli zəlzələlərdən sonra xeyriyyə qurumlarına çadır satması ilə gündəmə gələn Qızıl Aypara Cəmiyyətinin (Kızılay) sədri Kərəm Kınık istefa verib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Kınık keçiriləcək ümumi qurultayda namizəd olmayacaq.
Qeyd edək ki, dünən – mayın 11-də prezident Rəcəb Tayyib Ərdoğan Qızıl Aypara Cəmiyyətinin çadır satmasının onu ciddi şəkildə kədərləndirdiyini demişdi: “Qızıl Aypara Cəmiyyəti belə bir çadır satmaq işinə girə bilməz”.
Xatırladaq ki, sözügedən təbii fəlakətlər zamanı 50 mindən çox insan dünyasını dəyişib, 100 minlərlə insan yaşadığı evi tərk etməli, çadır şəhərciklərində məskunlaşmalı olub.

DİGƏR XƏBƏRLƏR

Top