Ərdoğanın səhhəti ilə bağlı açıqlama verildi


AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq yaşayan Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı danışıb.
Yeniavaz.com
Türkiyə mediasına istinadla xəbər verir ki, o, Ərdoğanın səhhəti ilə əlaqədar fövqəladə vəziyyətin olmadığını bildirib.
“Prezident gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirməyə fürsət verə bilər", - deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal 7" və "Ölkə TV"nin birgə canlı yayımında gündəmi dəyərləndirərkən vəziyyəti ağırlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top