Canlı yayımda Ərdoğanın vəziyyəti ağırlaşdı - Video


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal 7" və "Ölkə TV"nin birgə canlı yayımında gündəmi dəyərləndirərkən vəziyyəti ağırlaşıb.
Yeniavaz.com
xəbər verir ki, qəfil kəsilən yayım təxminən 20 dəqiqəlik fasilədən sonra bərpa edilib. Ərdoğan təxminən 12 dəqiqə daha efirdə olduqdan sonra “Prezident Seçkiləri - Xüsusi” adlı veriliş başa çatıb.
“Millet” Alyansının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Kanal 7" və "Ölkə TV"nin birgə canlı yayımının saat 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacağı açıqlanıb. Lakin veriliş saat 23.30-da (Bakı vaxtı ilə 00:30) başlayıb.
Veriliş başladıqdan təxminən 10 dəqiqə sonra aparıcı Həsən Öztürk Ərdoğana “seçkidə qalib gələrsə, yeni kabinetdə hazırkı nazirlərdən hansının olub-olmayacağı” və “apardığı seçki kampaniyasındakı konkret vəədləri” ilə bağlı sual verib.
Ərdoğandan cavab gəlməyib, rejissorlar isə ekranda Həsən Öztürkü göstərməyə davam ediblər.
Öztürk reklam tələb edib və kameralar Ərdoğanı göstərmədən proqram kəsilib.
Kamera qarşısında 15 saniyəyə yaxın davam edən sükut zamanı Həsən Öztürk bir ara tez ayağa qalxmaq istəsə də, yenidən yerinə oturub.
Proqram fasilədən təxminən 20 dəqiqə sonra ​​yenidən başlayıb.
Yorğun olduğu müşahidə edilən Ərdoğan mədəsinə soyuq dəydiyini deyib:
 “Dünən də, bu gün də gərgin təbliğat işləri gedirdi, mədəmə ciddi soyuq dəydi. Hətta bir müddət proqramı ləğv etsək, səhv başa düşüləcəkmi deyə düşündüm. Dedim, söz vermişik, gedərik. Təbii ki, bu gərgin işdə zaman-zaman belə hallarla rastlaşırıq. Sizə və izləyicilərimizə uğurlar arzulayıram”.
“Bizi ekranlarında izləyən bütün vətəndaşlarımdan xüsusi olaraq bağışlamalarını diləyirəm. Sabah Ankara-Sivas sürətli qatarının açılışı var... Ölkəmiz üçün çox, çox əhəmiyyətli bir addım olacaq... Sabah inşallah bir yerdə olacağıq”, - deyə Ərdoğan nitqini bitirib və veriliş vaxtından əvvəl sonlandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top