Daha bir erməni deputat bayrağımızın yandırılmasına reaksiya verdi


Daha bir erməni deutat Azərbaycan bayrağının Ermənistanda yandırılmasına reaksiya verib.
Yeniavaz.com
xəbər verir ki, bu dəfə “Mülki müqavilə” partiyasının üzvü və həmin partiyanın Ermənistan parlamentində təmsil olunan deputatı Ovik Ağazaryan öz feysbuk səhifəsində yazıb.
“Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm.
Ayıb olsun mənə!” – o bildirib.
Onun yazdıqları erməni sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid ounub.
Xatırladaq ki, daha əvvəl Ermənistanın hakim “Mülki müqavilə” partiyasının üzvü, deputat Arpi Davoyan da bu barədə özünün sosial şəbəkə hesabında yazmışdı.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.
Əvvəlcə vəkil Aleksandr Koçubayev Nikolyanın polis şöbəsinə gətirildiyini və ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlandığını yazıb.
Lakin o daha sonra açıqlama verərək, istintaq orqanının cinayət işi açmaqdan imtina etdiyini bildirib.
Aram Nikolyan polis şöbəsindən buraxılarkən, binanın qarşısında təntənə ilə qarşılanıb.
Artıq Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib. Qurumlar Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıblar.
Gənclər və idman naziri Fərid Qayıbov isə idmançılarımızın mehmanxanada saxlanılması barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top