“O “casus” deyilmiş, azadlığa buraxılıb”


Xəbər verdiyimiz kimi, Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Sayadov ötən gün həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, T.Sayadov artıq azadlığa buraxılıb.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.
“Fəryad edən azyaşlı uşaqlarının gözləri önündə saxlanılan dindar Tərlan Sayadov barəsində “İran casusuna belə amansız olmaq lazımdır!” yazanlar, məlumat üçün yazım ki, o, “casus” deyilmiş, artıq azadlığa buraxılıb”, - R.Səfərov bildirib.
Qeyd edək ki, daha əvvəl Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Tərlan Sayadovun saxlanıldığını təsdiqləyib. E.Hacıyev bildirib ki, Tərlan Sayadov barəsində daxil olan məlumat əsasında saxlanılıb, araşdırma aparılır. Amma DİN sözçüsü inanclı şəxs barəsində hansı məlumatın daxil olduğu ilə bağlı məlumat verməyib.

DİGƏR XƏBƏRLƏR

Top