Çinin yeni Baş naziri təyin olundu


Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü Li Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) vəzifəsinə təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, martın 11-də keçirilən plenar iclasda qanunvericilər ÇXR Sədri Si Cinpinin təklifi əsasında Li Çianın Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər.
Li Çian Baş nazir kimi and içib.
Qeyd edək ki, martın 10-da Si Cinpin üçüncü beş illik müddətə Çinin prezidenti seçilib.

DİGƏR XƏBƏRLƏR

Top