Konstitusiyanı dəyişdi, üçüncü dəfə Çinin prezidenti seçildi


14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin ilk iclasının nümayəndələri yekdilliklə Si Cinpinin üçüncü beş illik müddətə Çin prezidenti seçilməsinə səs veriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.
İyun ayında 70 yaşı tamam olacaq Si Cinpinin yenidən seçilməsi 2018-ci ildə onun rəhbəri olduğu Çin Kommunist Partiyasının (ÇKP) səyi ilə ölkə Konstitusiyasına edilən dəyişikliklərdən sonra mümkün olub.
Belə ki, dəyişikliyə əsasən eyni şəxs qeyri-məhdud sayda dövlət başçısı postunu tuta bilər.
Oktyabr ayında Çin Kommunist Partiyasının 20-ci Qurultayından sonra Si Cinpin üçüncü müddətə ÇKP Mərkəzi Komitəsinin baş katibi seçilmişdi.
Qeyd edək ki, Si Cinpin 1953-cü ildə Pekində Çin inqilabçısı və siyasi xadiminin ailəsində anadan olub. 1974-cü ildə o, Çin Kommunist Gənclər Liqasına qoşulub və daha sonra müxtəlif mahallarda bir sıra partiya vəzifələrində çalışıb. 1999-2002-ci illərdə Şərqi Futszyan əyalətinin qubernatoru, 2007-ci ildə ÇKP MK Siyasi Bürosunun Daimi Komitəsinin (DK) üzvü, 2008-ci ilin martında isə Çin Xalq Respublikası sədrinin müavini seçilib. Si Cinpin 2012-ci ilin noyabrından ÇKP MK və Hərbi Şuranın rəhbəri, 2013-cü ilin martından isə Çin Xalq Respublikasının dövlət başçısı və Mərkəzi Hərbi Şurasının sədri vəzifəsini icra edir.

DİGƏR XƏBƏRLƏR

Top