Zəlzələyə görə limanda başlayan yanğın söndürüldü


Xəbər verdiymiz kimi, Türkiyədə baş verən zəlzələlər Hatay vilayətindəki məşhur İskenderun limanında yanğına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dəniz İşləri Baş İdarəsi limanda baş verən yanğının söndürüldüyünü bildirib və dənizçilik fəaliyyətlərinin başladığını açıqlayıb.
Qurumun tvitter hesabından verilən açıqlamada İskenderun limanında baş verən yanğının söndürüldüyü, ərazidə mindən çox konteynerin bir-bir ayrılması işlərinin davam etdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top