
Türkiyədə baş verən, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Hatayın İskenderun limanında başlayan yanğın hələ naməlum səbəbdən davam edir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanğına hazırda havadan və qurudan müdaxilə edilir.
Yanğından yüksələn tüstü İskəndərun rayonunun bir çox nöqtəsindən görünür.
Yanğının söndürülməsinə yardım məqsədilə Rusiya FHN-in “Be-200” amfibiya təyyarəsi Adanaya gəlib.
Qeyd edək ki, zəlzələlər nəticəsində artıq 7 mindən artıq insan dünyasını dəyişib, 40 mindən artıq yaralı var.