Aİ Ermənistan-Azərbaycan sərhədinə növbəti missiya göndərir - Yenilənib


Avropa İttifaqı (Aİ) Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.
Yeniavaz.com
xəbər verir ki, missiyanın müddəti iki il olacaq.
Qeyd edək ki, daha əvvəl Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı.

***12:42
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri bu gün planlaşdırılan görüşdə regionda nizamlanmaya töhfə verməli olan Aİ-nin Ermənistan üçün yeni missiyasını təsdiqləmək niyyətindədirlər.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Brüsseldəki yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib.
Avropalı diplomat bildirib ki, xarici işlər nazirləri Ermənistana yeni missiya göndərmək qərarına gələcəklər və bu, regionda nizamlanmaya töhfə verməlidir. Diplomatın sözlərinə görə, Aİ Laçın dəhlizi ətrafında baş verənləri narahatlıqla izləyir və vəziyyətin həlli üçün səylər göstərir.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Aİ xarici işlər nazirləri Ermənistan və Azərbaycan sərhədində problemlərin həlli üçün ilk mülki missiyanın yaradılması barədə razılığa gəliblər. Onlar regiondakı vəziyyəti izləmək, təhlil etmək və hesabat vermək üçün 40-a qədər Aİ ekspertini Azərbaycanla sərhədin Ermənistan tərəfinə göndəriblər. İlk missiyanın işi iki ay davam edib.
Qeyd edək ki, daha əvvəl KİV-də Ermənistan xidməti Aİ-nin Ermənistana 2 illik yeni missiya göndərəcəyi barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top