“Aİ Ermənistana 2 illik missiya göndərir”


“Avropa İttifaqı bir aydan sonra Ermənistana bu dəfə iki ay yox, ən azı iki il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Ermənistan xidməti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ötən həftə bu layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən, ötən gün isə müşahidə missiyalarında iştirak edən əsas orqan olan Anti-Böhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edilib:
“Üstəlik, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisini patrul edəcək. Əvvəlki missiyada olduğu kimi, bu dəfə də onlar silahsız olacaqlar.
Konkret olaraq nə qədər müşahidəçinin gələcəyi hələ rəsmi olaraq bildirilməyib. Bununla belə, “Azadlıq Radiosu”nun məlumatına görə, yeni missiyaya iki yüzə yaxın avropalı mütəxəssis daxil olacaq”.
“Onların prioriteti Ermənistanın sərhədyanı ərazilərində və münaqişənin təsirinə məruz qalan ərazilərdə insidentlərin azaldılmasına töhfə vermək, bu ərazilərdə yaşayan insanlar üçün təhlükəni azaltmaq və beləliklə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır”, - mənbə bildirib.
Qeyd edilib ki, struktur yaxın günlərdə Aİ Xarici İşlər Nazirliyinə missiyanın təhlükəsizliyinin hansı vəsait hesabına təmin ediləcəyini, risklərin necə qiymətləndiriləcəyini, hansı müdafiə vasitələri ilə təmin olunacağını və lazım gələrsə, müşahidəçilərin təxliyyəsinin necə təşkil ediləcəyini göstərən xüsusi fəaliyyət planı hazırlamağı təklif edib.
Bundan əlavə, Ermənistan hakimiyyəti tərəfindən gözlənilən dəstəyin dəqiqləşdirilməsi təklif edilir:
“Xüsusilə Brüssel gözləyir ki, İrəvan avropalıların rus bölmələri ilə təmaslarına və ya insidentlərin nizamlanmasına görə məsuliyyəti öz üzərinə götürəcək, həmçinin müşahidəçilərə lazımi toxunulmazlıq və imtiyazlar verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top