Pedaqoji Universitetin mühafizəsinə 40 nəfər cəlb olunur


Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com 
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gesco” ASC (VÖEN – 1300664041) olub.
Müsabiqənin şərtinə görə “Gesco” ASC Pedaqoji Universiteti 2023-cü il ərzində 40 nəfərlə mühafizə edəcək. Mühafizəçilərdən 1-i xidmət rəisi olacaq, 17-si gündüz növbəsində, 18-i gecə növbəsində, 4-ü isə yataqxanada xidmət göstərəcək.
Xəbəri rus dilində oxuyun: К охране Педагогического университета привлечено 40 человек

Göstərilən xidmətin qarşılığında “Gesco” ASC Pedaqoji Universitetdən 354 min 623 manat 4 qəpik alacaq. 40 nəfər mühafizəçi üçün 355 min manat ayrıldığı üçün bir nəfərə ay ərzində orta hesabla 740 manat ödəniləcək.
Qeyd edək ki, “Gesco” ASC eyni zamanda Pedaqoji Universitetin Quba və Şəki fililallarının da mühafizəsini həyata keçirəcək. Quba filialının mühafizəsi üçün 49 min 434 manat 54 qəpik, Şəki fililalının mühafizəsi üçün isə 35 min  973 manat 20 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Gesco” ASC 26.05.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4000 manat olan ASC-nin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur.

A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top