Memar: “Ailələrin 30 faizi yeni evə köçəndə dağılırlar”


“10-15 il bundan əvvəl doktorluq dissertasiyası yazanda 500 ailədən sorğu keçirdim və belə bir nəticə oldu: 30 faiz ailələr yeni evə köçəndə dağılırlar. Heç kim də bilmir nəyə görə dağılırlar. Xanım elə bilir kişi pisdir, kişi elə bilir xanım pisdir. Əslində yox, memar səfehdir. Memar planlaşmanı düz etməyib”.
Bunu Yeniavaz.com-a müsahibəsində memar Elçin Əliyev deyib.
“Məsələn, insan mənzilə girəndə əvvəlcə dəhliz olmalıdır. Dəhlizdən bir neçə yerə giriş olmalıdır, mətbəxə, qonaq otağına və s. Mən elə layihələr görmüşəm ki, girirsən qonaq otağına, sonra mətbəxə keçirsən. Bir neçə gün bundan qabaq yeni tikililərin birində oldum. Memar mətbəxi evin ən sonuna salıb, yataq otağından filan sonraya. Mən sifarişçiyə dedim ki, belə olmaz. Çünki, siz mətbəxə gedərkən heç vaxt o otaqlara baxmamalısınız. Bundan başqa, qapı düzgün açılmır. İnsan əsəbləşir. Siz başa düşmürsünüz ki, niyə əsəbləşirsiniz. Yorğun gəlirsiniz, qapı səhv tərəfə açılır daha da əsəbləşirsiniz, xanımınızı acılayırsınız, o da sizə cavab verir. Planlaşdırma, interyer, rənglər, tavan düzgün deyil. Ona görə də memarın, dizaynerin məsuliyyəti çoxdur”, - memar bildirib.

Müsahibənin tam hissəsini buradan oxuya bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top