Türkiyədə 6 yaşında evləndirilən qızın atası və həyat yoldaşı saxlanıldı


Daha əvvəl Türkiyədə “İsmailağa” təriqətinə bağlı bir vəqfin qurucusu olan Yusuf Ziya Gümüşelin qızını 6 yaşında evləndirməsi barədə xəbər vermişdik. Belə ki, 6 yaşlı qızla həmin təriqətin 29 yaşlı üzvü Kadir İstekli arasında dini nikah olub.
Yeniavaz.com
xəbər verir ki, Kadir İstekli ötən gün İstanbulun Pendik rayonunda saxlanılıb.

Daha sonra isə qızın atası Yusuf Ziya Gümüşel nəzarətə götürülüb.

Aidiyyəti polis orqanlarında aparılan əməliyyatlardan sonra Kartal Ədliyyəsinə aparılan Yusuf Ziya Gümüşel və Kadir İstekli Anadolu 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə həbs edilib.
Saxlanılan şəxslərə dəstək olmaq üçün təxminən 50 nəfər ədliyyəyə binasının önünə toplaşıb.

DİGƏR XƏBƏRLƏR

Top