Bu gün Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılacaq


Xəbər verdiyimiz kimi, dekabrın 9-da ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb və Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə ictimai fəalın apellyasiya şikayətinə baxılacaq.
Vəkili B. Hacıyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top