Bəxtiyar Hacıyev barəsində həbs qərarı verildi - Yenilənib


Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

***15:00
"Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-un aidiyyəti sorğusuna cavab verilib.
Bildirilib ki, o, barəsində qətimkan tədbiri seçilmək üçün bu gün  məhkəməyə göndərilib.
Qeyd edək ki, daha əvvəl vəkil Aqil Layıc sosial şəbəkə hesabında ictimai fəalın saxlanılması ilə bağl məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top