Şuşada keçirilən aksiya davam edir - Video


Xəbər verdiyimiz kimi, ötən gün - dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Yeniavaz.com xəbər verir ki, sözügedən aksiya hazırda da davam edir.
 İTV-nin hadisə yerindən yaydığı kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top