
Xankəndi şəhərindən Ermənistana gedən yolun Şuşadan keçən hissəsi Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri tərəfindən bağlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
QHT nümayəndələri yolu bağlayaraq etiraz aksiyası keçiriblər.
Onlar sülhməramlıların komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb ediblər.