“Xameneiyə ölüm” şüarı Ermənistanı qarışdırdı – Foto + Video


Qaregin Njdenin Ermənistanın paytaxtı İrəvanın mərkəzində yerləşən heykəlinin üzərinə naməlum şəxs, ya da şəxslər fars dilində “Xameneiyə ölüm” sözlərini yazıblar.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, bu məlumat ölkədə ciddi müzakirələrə səbəb olub.
Ermənistanda sosial şəbəkə istifadəçiləri və mətbuat iddia edir ki, belə bir sözün Qaregin Njdenin heykəlinin üzərinə yazılması təsadüfi ola bilməz və bunu İrandan gələn azərbaycanlılar edib.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışı zamanı İrəvanda Qaregin Njdeyə heykəl qoyulmasını sərt şəkildə pisləyib. Prezident bildirib ki, Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoyub.

Aşağıdakı linkə daxil olaraq Qaregin Njde barəsində ətraflı məlumat ala bilərsiniz:
Prezident İlham Əliyevin "faşist" dediyi Njde kim olub? - Tərcümeyi-halı

DİGƏR XƏBƏRLƏR

Top