Prezident İlham Əliyevin "faşist" dediyi Njde kim olub? - Tərcümeyi-halı


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışı zamanı bildirib ki, Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoyub.
Yeniavaz.com xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda heykəli ucaldılan Qaregin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olub. 1902-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub. 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulub.  İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Qafqaza) silah almaq məqsədi ilə gəlir, Njde həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır. I Balkan müharibəsində Osmanlıya qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.
Birinci dünya müharibəsi başlayanda Rusiya imperiasının Sofiyadakı səfirliyinə gələn Qareqin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georgi xaçı ilə təltif olunur.
Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindənZəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.
Njde həmçinin Vedibasar və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra, Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır.  25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, Qırmızı Ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində Njdenin başçılıq etdiyi silahlı erməni dəstələriQarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.
Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın "ali baş komandan"ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.
Qafqazdan qaçandan sonra Njde Bolqarıstanaa gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür, burada o Tanderqyana türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. ABŞ-da Njde "Tseqakron" hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.
1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.
15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri,Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.
Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.
Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əkskəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada ölür.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top