Putinin G20 sammitində iştirak etməməsinin səbəbi açıqlandı


“Rusiya Prezidenti Vladimir Putin G20 sammitində (onlayn formatda da) iştirak etməyəcək. APEC forumuna videomüraciət də planlaşdırılmır”.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, Putin şəxsən onun İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitinə səfərinin baş tutmayacağına qərar verib. Bu, Rusiya liderinin qrafiki və onun ölkədə olması zərurəti ilə bağlıdır.
Xatırladaq ki, daha əvvəl Putinin sammitdə iştirak etməyəcəyi barədə xəbər vermişdik.

DİGƏR XƏBƏRLƏR

Top